Azərbaycan Xarici İşlər Nazirliyi İraqa başsağlığı verib.
Olaylar.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"İraqın Kut şəhərindəki ticarət mərkəzində baş vermiş dəhşətli yanğın nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına, dost İraq hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31