Paşinyan: “Əbu-Dabi görüşü pozitiv idi, amma onu fetişə çevirməyək” – ÖZƏL
16:57 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 16 iyulda keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti ilə Əbu-Dabidə baş tutan 5 saatlıq görüşü dəyərləndirib. O bildirib ki, görüşü müsbət hesab edir, lakin bu görüşün əhəmiyyətini nə şişirtmək, nə də kiçiltmək lazımdır.
Paşinyan qeyd edib ki, bu ilk dəfə idi ki, hər iki tərəf əvvəlcədən danışaraq görüş yerini və məqsədini razılaşdırıblar:
"Tiranada da danışmışdıq - bu neqativ kimi təqdim olunmuşdu, amma həmin söhbəti mən təşəbbüs etmişdim. Görüşə maraq olduğu ortaya çıxdı və razılaşaraq görüşdük".
Əbu-Dabinin necə seçildiyi ilə bağlı suala cavab verən Paşinyan deyib ki, BƏƏ Prezidentinin nümayəndəsi bu məqsədlə İrəvana gəlib və prezidentin mesajını çatdırıb: "Əgər platformaya ehtiyac varsa, biz hər şeyi təşkil edərik, amma vasitəçi rolunda olmayacağıq".
Əbu-Dabi görüşünün nəticələrinə dair o bildirib:
"Pozitiv söhbət oldu və bu, müsbət nəticələrə gətirib çıxara bilər. Amma konkret nədən söhbət getdiyini indidən demək düzgün deyil. Hər iki tərəf bəzi ideyalara müsbət yanaşdı, amma bu, dəqiq razılaşma deyildi. Ümid edirəm, bu formatda - Əbu-Dabidə və ya başqa yerdə - dialoqu davam etdirəcəyik".