Afrikalı deputata Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
5 Noyabr 2013 13:18 SiyasətAzərbaycan-Cənubi Afrika Respublikası parlamentlərarası işçi qrupunun rəhbəri Əhməd Vəliyev və qrupun üzvü Azay Quliyev III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Cənubi Afrika Respublikası Parlamentinin İncəsənət, mədəniyyət və irs komissiyasının sədri xanım Tandili Sunduza ilə görüşüblər. Söhbət zamanı qonağa Azərbaycanın müstəqillik tarixi və müasir inkişaf yolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə məlumat verilib. Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərin rolu, qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafı baxımından əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Cənubi Afrika Respublikasının parlamentində də Azərbaycanla işçi qrup yaradılsa, bu, münasibətlərimizin inkişafına böyük kömək göstərə bilər.