Deputatımız AŞ PA-nın tədbirinə qatılacaq
5 Noyabr 2013 13:14 SiyasətNoyabrın 6-dan 8-dək Lissabonda AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin iclası və forumu keçiriləcək. Tədbirlərdə Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Sabir Hacıyev iştirak edəcək. MM-dən "Olaylar"a verilən məlumata görə, iclaslarda İordaniya və Qırğızıstan parlamentləri tərəfindən AŞPA ilə əməkdaşlıq demokratik statusu üçün edilmiş müraciətlərin müzakirəsi, Suriyada vəziyyət, İslam dünyasında, xüsusilə də Suriyada xaçpərəstlərin təqib olunması və xaçpərəst icmalarının say etibarilə azalması və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00