Moldovalı ombudsman təltif ediləcək
4 Noyabr 2013 17:44 SiyasətAzərbaycanda səfərdə olan moldovalı ombudsman Aureliya Qriqoriuya daha bir mükafat veriləcək. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovun "OLAYLAR"-a verdiyi məlumata görə, xanım Aureliyaya Heydər Əliyev qızıl medalı təqdim olunacaq. Medal noyabrən 7-də moldovalı ombudsmana fondun Azərbaycan təmsilçiliyi tərəfindən təqdim ediləcək: Atatürk Mərkəzində keçiriləcək tədbirdə millət vəkilləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, KİV nümayəndələri və tanınmış ziyalılar iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00