DQB buraxılır?
4 Noyabr 2013 17:44 SiyasətAzərbaycan Milli İstiqlal Partiyasının da daxil olduğu Demokratik Qüvvələr Birliyinin buraxılması gündəlikdə deyil. Belə bir açıqlama ilə çıxış edən AMİP-in katibi Elşən Mustafayev "OLAYLAR"-a deyib ki, əksinə qurum aktivliyini bir qədər də artırmağı, yeni siyasi dönəmə uyğun fəaliyyət göstərməyi qarşıya məqsəd qoyub: "Həftə sonu Demokratik Qüvvələr Birliyinin Sədrlər Şurasının toplantısı keçirildi və prezident seçkilərindən sonrakı dövrdə DQB-nin əsas prioritetləri, atacağı addımlar və qarşıdakı fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparıldı". Elşən Mustafayev deyib ki, yaxın vaxtlar DQB-nin növbəti müddət üçün qarşısına qoyduğu məqsəd və vəzifələr müəyyənləşdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00