Səfir Hollandiyada yaşayan azərbaycanlıların problemləri ilə maraqlanıb

Azərbaycanın Hollandiyadakı fövqəladə və səlahiyyətli səfiri Mirhəmzə Əfəndiyev Hollandiyada fəaliyyət göstərən Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyini ziyarət edib. Dərnəkdən "OLAYLAR"-a verilən məlumata görə, səfirin təşkilata səfərinin məqsədi Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin fəaliyyəti ilə yaxından tanış olmaq və perspektivdə birgə görüləcək işlərin müzakirəsi olub. Təşkilatın rəhbəri İlhan Aşqın dərnəyin 20 illik fəaliyyəti ilə bağlı səfiri məlumatlandırıb və gələcək planları haqqında danışıb. Səfir də öz növbəsində, Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüş zamanı Hollandiyada yaşayan azərbaycanlıların üzləşdiyi problemlər, ermənilərin Azərbaycanlılara qarşı olan təpkiləri, viza proseduralarının asanlaşdırılması və digər məsələlər ətraflı müzakirə olunub. Görüşün sonunda cənab səfir azərbaycanın Hollandiyadakı səfirliyini Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyini dəstəklədiyini bildirərək, təşkilatın 20 illiyi münasibəti ilə Azərbaycan tarixini və mədəniyyətini əks etdirən albomu təşkilata hədiyyə edib. İlhan Aşkında öz növbəsində səfirə təşkilat adından təşəkkürünu bildirib və səfirə təşkilatın plaketini təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00