İsa Qəmbər məğlub siyasətçi kimi tarixə düşdü - AÇIQLAMA

"İsa Qəmbər başqanlıqdan könüllü ayrılmır. Onu razılaşma əsasında başqanlıqdan kənarlaşdırırlar". Belə bir açıqlama ilə çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı  "OLAYLAR"-a deyib ki, 22 il bir partiyada başqan vəzifəsində qalmaq da doğru qərar deyil: "İsa Qəmbər Azərbaycan siyasi tarixində iki əsas hadisə ilə yadda qalacaq. Birincisi, 22 ildə Müsavat Partiyasını hakmiyyətə gətirə bilmədi. İkincisi də, mərhum Əbülfəz Elçibəyə prezident seçkilərində güzəştə getməyən şəxs kimi. Məncə, İsa Qəmbər məğlub siyasətçi kimi tarixə düşdü". BAXCP rəsmisi deyib ki, İsa Qəmbərdən sonra bu partiyadan xeyli sayda insanlar istefa verib ayrılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00