Qənirə Paşayeva “Türk Dünyasına üstün xidmət” ödülünə layiq görülüb
4 Noyabr 2013 12:55 SiyasətAzərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayevaya "Türk dünyasına üstün xidmət "ödülünə layiq görülüb. "OLAYLAR"-ın xəbərinə görə, mükafat millət vəkilinə Türkiyənin Nevşəhər bölgəsində keçirilən tədbirdə təqdim olunub. Mükafatlandırma mərasimində çıxış edən millət vəkili deyib ki, Azərbaycan və Türkiyə bir millət iki dövlətdir.Türkiyə nə qədər güclənərsə bu Azərbaycanın və bütün türk dünyasının gücü, Azərbaycan nə qədər güclənərsə bu Türkiyənin və bütün türk dünyasının gücüdür. Mükafatı təqdim edənlərə təşəkkürünü bildirən millət vəkili türk dünyasının gücünü onun birliyində gördüyünü vurğulayıb. Türklərin ona məxsus olana sahiblənməyi bu birliyi daha da qüvvətləndirdiyini deyən Millət vəkili Qənirə Paşayeva bu birlik sayəsində əl-ələ verərək Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını da işğaldan azad edəcəyimizi bildirib. Qeyd edək ki, millət vəkili Nevşəhərdə olduğu müddətdə Nevşəhər Bələdiyyəsinə Nevşəhərin küçələrindən birinə Qarabağın, digərinə isə Yavuz Bülənt Bakilərin adının verilməsini təklif edib. Bu təklifi məmnuniyyətlə qəbul edən Bələdiyyə başçısı Hasan Üreven millət vəkilinə Nevşəhərin fəxri vətəndaşı statusu veriləcəyini bildirib.