Deputatlarımız Tacikistanda prezident seçkilərini izləyəcəklər

Milli Məclisin deputatları Aydın Mirzəzadə və Azər Badamov MDB Parlament Assambleyası və qurumun İcraiyyə Komitəsinin xətti ilə ölkədə keçirilən prezident seçkilərini müşahidə etmək üçün noyabrın 4-dən 8-dək Tacikistana səfər edəcəklər. Bu barədə Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, deputatlarımız ölkənin paytaxtı Düşənbə şəhərindəki bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00