Rauf Arifoğlundan ALP rəhbərlərinə sərt sözlər:

“Lalə Şövkət demokrat ola bilmədi”

"...Bu ağıldan kəmliyin nəticəsisir"

"Lalə Şövkət xarakterindən, xasiyyətindən ayıla, qopa, demokrat ola bilmədi. Proseslərin ən kritik nöqtəsində də bunu büruzə verdi, bütün müxalifət liderlərini aşağılayan bir açıqlama ilə çıxış etdi". Bunu APA-ya açıqlamasında Müsavat təmsilçisi, İP Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu deyib. Onun sözlərinə görə, mövcud hakimiyyətə qarşı qurulan bir alyansda bu hakimiyyətin qurucusunu, memarını özünə ideal hesab edən bir şəxsin yeri olmamalıdır. Lalə Şövkət də bunu anladı və getdi. R.Arifoğlu ALP-nin sədri Əvəz Temirxanı da aşağılayan fikirlər səsləndirib: "Mən heç kimə söz verməmişəm və heç kimin qarşısında da məsuliyyətim yoxdur. Doğru bildiyim, gerçək hesab etdiyim nədirsə, onu danışır və onun kampaniyasını aparıram. Danışmaq, yazmaq, tənqid etmək mənim gündəlik işimin bir parçasıdır və buna görə də tarixdən, Tanrıdan və oxucularımdan mandat almışam. Mən öz işimi görürəm. Əvəz Temirxanın tənqid etdiyi prosesə gəlincə, bu mənim işimdir. 9 gün sonra bu işlə məşğul olmağımın 24 ili tamam olacaq. Adamı gördüyü işə görə də qınayarlarmı? Bu da ağıldan kəmliyin bir nişanəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00