NATO nümayəndələri Azərbaycana səfərə gələcəklər

NATO-nun ekspert qrupu Azərbaycana səfər edəcək.  Müdafiə Nazirliyindən bildiriblər ki, Tərəfdaşlıq Təlim və Təhsil Mərkəzinin yaradılması və onun NATO tərəfindən tanınması məqsədilə noyabrın 18-də NATO-nun ekspert qrupunun Azərbaycana səfəri başlayır.
Noyabrın 22-ə kimi davam edəcək səfərdə NATO ekspertlərinin Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşü keçiriləcək. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər müzakirə ediləcək. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00