Elmira Axundovadan rus jurnalistə sərt cavab
“Sizin mövqeyiniz məni təəccübləndirdi”
1 Noyabr 2013 18:07 SiyasətIII Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Qloballaşan informasiya məkanında medianın rolu" adlı dəyirmi masanın "KİV və sivlizasiyalar arasında dialoq: mədəniyyətlərin qütbləşməsində qarşılıqlı əlaqələrə və tolerantlığa doğru" adlı ikinci panelində çıxış edən Rusiyanın "Rossiya" telekanalının nümayəndəsi Marina Kim Rusiyanın Biryulevo qəsəbəsində baş verən cinayətə də toxunub. Mariya Kim qeyd edib ki, hadisə zamanı cinayəti törədən şəxsin milliyəti qeyd olunmalıdır. Biz də Orxan Zeynalovun azərbaycanlı olduğunu vurğuladıq. Mariya Kimin bu sözlərinə Milli Məclisin deputatı Elmira Axundova Rusiyanın çoxmillətli bir ölkə olduğunu vurğulayaraq sərt cavab verib: "Siz Rusiyanın dövlət kanalı olaraq çox səhv bir informasiya yayımladınız. İnformasiyanızda qətli törədən şəxsin Azərbaycan vətəndaşı olduğunu söylədiniz. Sizin bu mövqedən çıxış etməyiniz məni təəccübləndirdi. Əslində cinayətkarın milliyyəti olmur. Bizdə də Rusiya vətəndaşları dəfələrlə cinayət hadisələri törədirlər, lakin biz onların milliyyətini heç bir şəkildə qabartmırıq. Siz dövlət kanalı olaraq yürütdüyünüz siyasətlə bütün keçmiş sovet ölkələrini özünüzdən uzaqlaşdırmağa çalışırsınız. Siz elə düşünürsünüz ki, lider bir televiziyasınız. Bu belə deyil, çünki Azərbaycan vətəndaşlarının çoxu, eləcə də mən Türkiyə telekanallarını izləyirik".
Sevda Qurbanqızı