“Ermənistan Dağlıq Qarabağdan geri çəkilməlidir”

Belçika Federal Parlamentinin üzvü Deid Gert Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair  suallarını cavablandırarkən bəyan edib ki, heç kəs beynəlxalq ictimaiyyətin 1993-cü ildə Azərbaycanın ərazi toxunulmazlığı ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri vasitəsilə göndərdiyi aydın ismarıcı inkar edə bilməz. Yaxşı olardı ki, Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal altındakı ərazilərindən geri çəksin.  Bununla da Dağlıq Qarabağın 20 ildən artıq davam edən işğalına son qoyular və sülh prosesinin sürətlənməsinə tərəqqi əldə olunardı:   
"Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən, ilk növbədə məcburi köçkünlərin qeyd-şərtsiz öz evlərinə qayıtması məsələsə vacib şərt kimi nəzərə alınmalıdır. Bununla paralel olaraq, repatriasiya prosesindən sonra əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həmin bölgələrə zəruri sərmayələr yatırılmalıdır. 
Heç şübhəsiz ki, Azərbaycan ilə Avropa arasında artan qarşılıqlı əlaqələr Azərbaycanın ərazi bütövlüyü məsələsini siyasi gündəmə gətirilməsi üçün əlavə fürsət yaradır.
Sözsüz ki, ATƏT-in Minsk qrupu vasitəsilə aparıılan danışıqlıqlar tərəqqidən çox uzaqdır. Zənnimcə, Minsk qrupunun bəzi  üzvləri bu danışıqların əsl mahiyyəti haqqında çox məhdud baxışa malikdirlər".  OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00