Davamlı inkişaf və ekoloji sivilizasiya
1 Noyabr 2013 16:17 SiyasətAzərbaycanda keçirilən III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Davamlı inkişaf və ekoloji sivilizasiya" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirə müxtəlif ölkələri təmsil edən 80 iştirakçı-bioloqlar, ekoloq, ətraf mühit üzrə mütəxəssislər qatılıb. Tədbir iştirakçıları davamlı inkişaf, müasir ekoloji çağırışlar məsələlərini müzakirə ediblər. Tədbiri açıq élan edən AŞPA-nın keçmiş prezidenti Rene van der Linden çıxışında ümumi davamlı inkişafa vaxtında humanitar yardım göstərilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, 2012-ci ildə bütün dünyada münaqişələrdən 54 milyon nəfər zərər çəkib. Bildirib ki, onlara yardımetmək üçün 18 milyard ABŞ dolllarına ehtiyac yaranıb. Təkcə Suriyada 4 milyon nəfər humanitar fəlakətin qurbanı olub. Onun sözlərinə görə, 2012-2013-cü illərdə dünyada baş verən 300 təbii fəlakət nəticəsində 100 milyonlarla insan zərər çəkib. İtaliyanın Siena Universitetinin rektoru Ancelo Rikkaboni "Minilliyin inkişafı məqsədləri", o cümlədən yoxsulluqla mübarizə üzrə ölkələrin nailiyyətlərinə dair hesabat təqdim edib. Yoxsulluğun, eləcə də bioloji müxtəlifliyin itirilməsinnə qarşı mübarizə tədbirlərinn gücləndirilməsinin vacibliyini vurğulayıb. Almaniyalı professor, Təbiətin Qorunması Fondu Şurasının sədri, Nobel mükafatçısı Mixael Sukkov fondun Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verib. Nobel mükafatını təbiəti qorumaq üçün yaratdığı fonda sərf edən bioloqun sözlərinə görə, 1990-cı illərin sonunda Azərbaycanda milli park və qoruqların yaradılmasına dəstək məqsədilə keçirilən proqramda iştirak edib: "Azərbaycan keçmiş sovet respublikaları arasında təbiətin qorunması üzrə ən yaxşı proqrama sahibdir. Bu proqram digər ölkələrə də nümunə ola bilər". Azərbaycan təbiətinin bitkilərlə çox zəngin olduğunu bildirən alim Hirkan parkının Avropada ən gözəl məkanlardan olduğunu vurğuladı. Azərbaycanda 5 mindən artıq bitki növünün olduğunu diqqətə çatdıran bioloq Almaniyada bunun yarısının bitmədiyini də bildirdi.
Tədbirin davamında çıxış edən mütəxəssislər bildirdilər ki, iqtisadiyyatın inkişafı ilə paralel olaraq təbiətin, ekologiyanın qorunması yolları üzərində düşünülməlidir. Bu sahəyə vəsait cəlb olunmalıdır. Özəl sektorun bu sahəyə cəlb olunmasının vacibliyi, davamlı inkişaf şəraitində ekologiyanın qorunması üçün ekologiyanın, iqtisadiyyat və önəmlisi isə siyasətin əməkdaşlığının, birləşməsinin vacib olduğu önə sürüldü.
Aygün