Türk dünyasının inteqrasiyası əhəmiyyətli bir faktordur- ÖZƏL

"Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi təşəbbüsü ilk dəfə Azərbaycan tərəfindən irəli sürülüb və bu ənənə Macarıstan tərəfindən uğurla davam etdirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Mayın 21-də Budapeştdə keçirilən növbəti qeyri-rəsmi Zirvə görüşü Türk dünyasında inteqrasiyanın möhkəmlənməsinə xidmət edən əhəmiyyətli bir faktordur. Macarıstanın həmin platformadakı fəallığı bu dost dövlətin obyektiv mövqeyini əks etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır.
Macarıstanın Avropa İttifaqı çərçivəsində müstəqil siyasət yürütməsi onun suverenliyə və milli maraqlara sadiqliyinin göstəricisidir. Avropa İttifaqı daxilində müstəqil qərarlar qəbul etmək, şübhəsiz ki, cəsarət və strateji baxış tələb edir. Macarıstanın bu yolda göstərdiyi mövqe Azərbaycan tərəfindən təqdir olunur və dəstəklənir. Dövlətimizin başçısının bəyanatında Macarıstanın Baş naziri Viktor Orbanın bu sahədə göstərdiyi qətiyyətli iradəni xüsusi qeyd edərək onun milli maraqlar naminə həyata keçirdiyi düşünülmüş siyasətini yüksək dəyərləndirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31