Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
15:16 SiyasətAzərbaycanın dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Tələt Tahir oğlu Məcidov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Olaylar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, T.Məcidov 1999-cu ildən 2005-ci ilə kimi Səbail rayonunun icra başçısı olub. O, 2005-ci ildən Azərbaycan Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışır.
T.Məcidov 22 may 2015-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Sabah T.Məcidovun 80 yaşı tamam olur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31