Milli Məclisin deputatı Mərakeşə səfər edəcək
15:05 SiyasətMilli Məclisin deputatı Pərvin Kərimzadə "Uşaq Hüquqları üzrə 17-ci Milli Konqres"də iştirak etmək üçün mayın 23-də Mərakeş Krallığının Sale şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Mərakeş Krallığının Uşaq Hüquqları üzrə Milli Müşahidə Şurasının (ONDE) təşkilatçılığı ilə keçiriləcək tədbirdə "Uşaq müasir çağırışlar qarşısında:2030-cu il üçün yol xəritəsi necə olmalıdır?" mövzusunda müzakirələr aparılacaq.
Səfər mayın 26-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31