Müxalifətin susqunluğu sual doğurur

Rusiyanın Ermənistandakı hərbi bazasının komandiri polkovnik Ruzunski bu günlərdə bildirib ki, Azərbaycanın özünün işğaldakı ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlayacağı təqdirdə Rusiyanın Ermənistandakı hərbi bazası bu silahlı münaqişəyə cəlb oluna bilər. Rus hərbi rəsminin bu açıqlamasına bir çox dairələrdən haqlı olaraq etiraz səs ucaldılsa da, nədənsə Azərbaycan müxalifəti hələlik susmağa üstünlük verib. "OLAYLAR"-ın xəbərinə görə, məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, müxalifətin bu situasiyada susması və məsələyə reaksiya verməməsi böyük sual doğurur: "Bu bəyanat verilən iki gün ərzində müxalifət düşərgəsindən heç bir kəs, heç bir təşkilat rus polkovnikinin Azərbaycanı həyasızcasına hədələməsinə münasibət bildirmədi. Digər zamanlarda bəyanatlar yayan, icazəsiz aksiyalar keçirən milli müxaliflərimiz bu təhdid olayında susmağa üstünlük verdilər. Sanki, bu təhlükəli bəyanat onların da yaşadığı Azərbaycan haqqında deyil, uzaq bir diyar haqqında verilib"
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00