“Milli Şurada istefaların davamı olacaq” - AÇIQLAMA

Qabil Hüseynli: “Azərbaycan Milli Azadlıq Hərəkatında olan insanların qurumun sıralarından istefa verməsi Milli Şura ilə bağlı daxili problemləri qloballaşdıra bilər”

Milli Şuranın 8 üzvü istefa verib. Qurumu tərk edənlər Liberal Partiyasının üzvləridir. İstefa verənlər Milli Şuraya daxil olan müxalifət partiyalarını pozuculuq işində ittiham ediblər. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, istefa verənlərin əksəriyyəti "kabab iyinə" gəlmiş təsadüfi konyuktursik, eyni zamanda Milli Şuranın fəaliyyətindən və müsbət nəticə əldə edə bilməməsindən bezmiş insanlar da ola bilər. Politoloq bildirdi ki, 8 üzvün birdən istefaya getməsi təşkilatda tənəzzülün başlanğıcına ciddi işarədir: "Azərbaycan Milli Azadlıq Hərəkatında olan insanların qurumun sıralarından istefa verməsi Milli Şura ilə bağlı daxili problemləri qloballaşdıra bilər. Bu onu göstərir ki, pespektivdə istefaların davamının gəlməsi mümkündür. İstefalar Milli Şuranın dağılma prosesini sürətləndirə bilər". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00