Qüdrətli və müzəffər Azərbaycanın memarı- Heydər Əliyev

Tarixi faktlar və həqiqətlər

Qüdrətli və müzəffər Azərbaycan dövlətçiliyinin memarı Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.  Azərbaycna dövləti var olduqca Ulu öndər Heydər Əliyevin adı  hər zaman qürurla, fəxrlə  qeyd olunacaq.  Məhz Ulu öndər Heydər Əliyevin  bacarığı nəticəsində XX əsrdə ikinci dəfə müstəqilliyini bərpa edən Azərbaycan siyasi xəritədən silinmədən xilas olaraq müsətqilliyi dönməz xarakter alaraq davamlı inkişaf yoluna qədəm qoyub.  Nəticədə Azərbaycan  qüdrətli və müzəfəfər  ölkəyə çeüvrilməklə, təkcə təmsil olunduğu Cənub Qafqaz bölgəsində deyil,  bütvövlükdə Avrasiya coğrafiyasında ciddi regional oyunçu dövlət rolunda çıxış etməkdədir. Bütün bu səbəblərə görə, Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyini memarı hesab edilir. Tarix sübut etdi ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi bu gün  dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlət olmayacaqdı, olsa da çox zəif  və formal ölkə rolunu oynayacaqdı. Onun müəyyən etdiyi uğurlu daxili və çoxvektorlu xarici siyasəti  Azərbaycan dövlətçiyilinin inkişafında öz bəhrəsini verib və bu gün də verməkdədir. 
Bunun üçün Ulu öndər Heydər Əliyevin  1993-cü ildə hakimiyyətə gəlişindən sonrakı fəaliyyətinin xronologiyasına nəzər salmaq yetər.
1993-cü ili  Azərbaycanı üzləşdiyi vətəndaş müharibəsi, parçalanma, separat meyllərdən, qarşıdurma və xaosdan xilasetmə  ili kimi xarakterizə etmək olar.
1993-cü ildə Azərbaycanda təkcə  ən müxtəlif siyasi  və hərbi-siyasi qüvvələrin  hakimiyyət uğrunda amansız savaşı getmirdi, eyni zamanda Ermənistanın ölkə ərazisini  işğalı ilə paralel olaraq müxtəlif bölgələrdə separat meyllər baş qaldırmışdı. Məqsəd Azərbaycanı parçalamaqla siyasi xəritədən silmək idi.  Ulu öndərin müdrikliyi nəticəsində Azərbaycanın parçalanması planı iflasa uğradı.
1994-cü ili  Azərbaycanın müstəqilliyinin dönməzliyinin  və təhlükəsizliyinin təmin edilməsi  il kimi xarakterizə  olunur.
1994-cü ilin mayında  Ermənistanla atəşkəsin əldə edilməsi, həmin ilin sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" bunun bariz nümunəsidir. 
Bununla paralel olaraq ölkədə siyasi sabitliyin bərqərar olması və iqtisadi inkişaf istiqamətində də addımlar atılmağa başlanıldı. 
Siyasi sabitliyə  və müsətiqliyyə  təhlükə yaradan hərbi-siyasi müxalifətin və müxtəlif   destruktiv və seaparatçı qüvvələrin zərərsizləşdirilməsi, ordudakı intizamsızlığın aradan qaldırılıb  nizami ordu quruculuğu istiqamətində ciddi addımlar atılaraq islahatlar həyata keçirilməyə başlanıldı. 
Bununla paralel olaraq iqtisadi və sahədə və genişmiqyaslı torpaq islahatlarına  start verildi.
1995-ci ili   siyasi sabitliyin bərqərar olaraq, müstəqilliyin möhkəmlənməsi, demokratik,  dünyəvi, hüquqi dövlətçilik quruculuğu istiqamətində hüqüqi addımların atılması və genişmiqyaslı islahatlaırn davam etdirilməsi ili kimi dəyərləndirmək olar.
1995-ci ilin martında dövlət çevrilişinə cəhdin qarşısı alındı.
1995-ci il müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu və ilk parlament seçkiləri keçirildi.  
1996-cı il Azərbaycan dövlətçiliyinin  strateji inkişafını təmin edən   "Əsrin müqaviviləsi" çərçivəsində nəzərdə tutulan  eenrji layihələrin uğurla icrası,  siyasi, hüquqi, iqtisadi, sosial sahədə genişmiqyaslı islahatlarla yanaşı,  ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunun artaraq öz layiqli yeri tutması  ili kimi yadda qalıb.
1997-ci il  Azərbaycanın  beynəlxalq münasibətlər sistemində  cidid nüfuza  malik ölkə kimi qəbul edilməsi ili kimi xarakterizə olunur.   Prezident Heydər Əliyev bir sıra ölkələrə, xüsusən də Qərb ölkələrinə davamlı səfəri ilə yadda qalıb.   Ulu öndər Heydər Əliyev ilk də 1997-ci ilin iyulun 27-də  Azərbaycan Prezidenti kimi ABŞ Prezidenti Bill Klintonun dəvəti ilə Amerika Birləşmiş Ştatlarına ilk dövlət səfəri edib. Bu səfər zamanı Ağ Evdə ABŞ-Azərbaycan münasibətləri haqqında birgə bəyanatın və sərmayə qoyuluşunun qarşılıqlı qorunması və qarşılıqlı təşviq edilməsi haqqında müqavilə imzalanıb. 
Ümumiyyətlə Ulu öndər Azərbaycana rəhbərliyi etdiyi müddət ərzində  5 dəfə -1997, 1999, 2000, 2001, 2003-cü ildə ABŞ-da rəsmi və işgüzar səfərdə olub.  
Ulu öndər Heydər Əliyev ABŞ-a sonuncu  rəsmi səfəri 2003-cü il 23-27 fevral tarixində  ABŞ prezidenti Corc Buşun dəvəti ilə  baş tutub. Səfər çərçivəsində  Ulu öndər Heydər Əliyev ABŞ prezidenti Corc Buş, vitse-prezident  Dik Çeyni və Dövlət Departamentinin rəhbərliyi ilə görüşüb. Səfər zamanı dövlətlər arası rəsmi sənədlər imzalanıb. Bu səfərlər   nəinki ikitərəfli münasibətlər, ümumilikdə qlobal  cəhətdən  çox böyük  tarixi əhəmiyyət kəsb edən  səfər olub.
 Ulu əndər Heydər Əliyev 9-10 oktyabrda Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak edib.
12 oktyabrda isə Avropa Şurası və Avropa İttifaqı ilə Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib.
1997-ci ilə eyni zaman "Əsrin müqaviləsi"nin real nəticələrinin əldə edildiyi il kimi yadda qalıb.  1997-ci ilin noyabrın 12-də Xəzər dənizinin Azərbaycan sektorunda xarici şirkətlərlə müştərək işlənilən neft yataqlarından ilkin neftin çıxarılması münasibətilə  rəsmi tədbir keçirilib.
1998-2003-cü ilə isə Azərbaycanın dünyada   həm hüququ, həm iqtisadi cəhətdə sürətli inkişaf edib güclü, qüdrətli dövlətə çevrilməsi dövrü kimi  xarakterizə olunur.
2003-cü il  və ondan sonrakı mərhələ isə Ulu öndər Heydər Əliyev tərəfindən müyyən edilən inkişaf strategiyasına uyğun  olaraq müəyyən edilən siyasətin cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi  dövr kimi xarakterizə olunur.
Ulu öndər Heydər Əliyev əmin idi ki, onun başlatdığı yolu onun siyasi irsinin layiqli davamçısı İlham əliyev uğurla davam etdirə bilər. Ulu öndərin 1 oktyabr 2003-cü ildə xalqa etdiyi müraciət dediklərimiizn bariz nümunəsidir. Müracitədə deyilir:
"Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir ki, bütün bu başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım. 
Ümidvaram ki, tezliklə səhhətimi bərpa edərək Vətənə dönəcək, xalqımla yenidən birlikdə olacağam. İndi isə öz namizədliyimi İlham Əliyevin xeyrinə geri götürürəm.
Üzümü Sizə-həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
 Bəli, Ulu öndər  seçimində yanılmırdı.  Məhz cənab Prezident İlham Əliyevin liderliyi dövründə  Azərbaycan  inanılmaz uğurlara və qələbələrə imza atdı.  Ulu öndər Heydər Əliyevin Azərbaycanın   qüdrətli, güclü, müzəffər dövlətə çevrilməsi  istiqamətində yarımçıq qalmış arzuları, ideyaları həyata keçdi. Bu gün Azərbaycan  dünyada  qüdrətli, güclü, müzəffər ölkə kimi deyil,  beynəlxalq münasibətlər sistemində     ən etibarlı tərəfdaş ölkə və ciddi oyunçu kimi  qəbul edilir.

Müşfiq Məmmədli
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31