Tayvan Ukraynanın mina təmizləmə əməliyyatına 1,8 milyon avro ayıracaq- ÖZƏL

Tayvan Ukraynada mina təmizləmə əməliyyatlarına dəstək məqsədilə Litva və İslandiyanın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulacaq və bu təşəbbüsə 1,8 milyon avro maliyyə yardımı göstərəcək. Olaylar.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
"Litva, Vilnüsdəki Tayvan nümayəndəliyi vasitəsilə bu vacib humanitar təşəbbüsə maliyyə dəstəyi göstərmək istəklərini yüksək qiymətləndirir. Partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi Ukrayna üçün mülki həyatın təhlükəsizliyi və iqtisadiyyatın bərpası baxımından ən aktual məsələlərdən biridir," - deyə nazirliyin açıqlamasında bildirilib.
Bu xəbər, Tayvanın keçmiş rəhbəri Tsay İnvenin Vilnüsə səfəri fonunda yayılıb.
Qeyd edək ki, beynəlxalq koalisiyanın yaradılması ideyası 2023-cü ilin iyulunda "Ramştayn" formatında Ukraynaya dəstək və təhlükəsizlik məsələlərinə həsr olunmuş iclasda formalaşıb. Koalisiyanın döyüş bölgələrində və ya ön cəbhədə mina təmizləmə planları olmasa da, Ukraynalı hərbçilər arasında mina axtaran mütəxəssislər hazırlayır və Kiyevə lazımi texniki avadanlıqlar təqdim edir. Bu təşəbbüsə indiyədək 22 ölkə müxtəlif formalarda qoşulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31