PKK silahlı mübarizəyə son qoyur – Neçirvan Bərzani qərarı alqışladı – ÖZƏL

PKK-nın özünü buraxmaq və Türkiyə ilə 47 illik silahlı qarşıdurmaya son vermək qərarı regionda sabitliyin möhkəmlənməsi istiqamətində mühüm addım olacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə Kürdüstan Regionunun prezidenti Neçirvan Bərzani açıqlama verib.

"PKK-nın qərarını alqışlayırıq. Bu qərarın real dialoqa və xalqlar arasında sülh içində birgə yaşamağa töhfə verəcəyini, Türkiyədə və bütövlükdə regionda sabitliyin güclənməsinə xidmət edəcəyini düşünürük", - deyə Bərzani "Shafaq" xəbər portalına bildirib.

PKK-nın qurultayında verilən qərara əsasən, təşkilat fəaliyyətini dayandırır və silahlı mübarizəni sonlandıraraq demokratik siyasətə keçid edəcəyini bəyan edib. Fevral ayının sonunda təşkilat lideri Abdullah Öcalan PKK-ya və ona bağlı bütün qurumlara silahı yerə qoymaq və münaqişəyə son vermək çağırışı etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31