Hakimlər tərəfindən “Məhkəmə Mediasiyasının” tətbiqi- ÖZƏL
11:51 SosialMediasiya İnstitutunun inkişafında xüsusi rol oynayır
Artır ölkəmizdə mediasiyanın tətbiq edilməsi cəmiyyətimizdə tərəflər arasında olan mübahisələr müsbət nəticələrlə, qarşılıqlı anlayışla yəni, Barşıq sazişi ilə nəticələnir. Bildiyimiz kimi Ailə, Əmək, Mülki, Kommersia və İnzibati mübaisələr Mediasia Təşkilatlarınada mediasia prosessləri vasitəsi ilə həll edilə bilir. Bundan başqa "Mediasiya Haqqında" Azərbaycan Respublikası Qanununda məhkəmələr tərəfindən tətbiq edilən "məhkəmə mediasiyası"-da nəzərdə tutulmuşdur. Məhkəmə prosesinin istənilən mərhələsində məkəmə işin hallarını nəzərə almaqla öz təşəbbüsü ilə yaxd da, tərəflərdən birinin müraciəti əsasında mübahisənin mediasiya vasitəsi ilə həllini təklif edə bilər.Tərəflər isə mediasiya prosesində yekun qərar qəbul edənədək məhkəmə icraatı dayandırır.
"Mediasiya Haqqında" Azərbaycan Respublikası Qanununun 31.4-cü maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir.
Mediasiya İnstitutunun inkişafına tövhə verən Bakı şəhəri. Nəsimi rayon məhkəməsinin hakimi Həbibəxanım Miriyeva icraatında olan əmək mübahisəsinə dair işi özünün və tərəflərin təşəbbüsü ilə mediasiyaya yönəltmişdir və mübahisə 21.04.2025-ci il tarixdə Bakı 8 saylı Mediasiya Təşkilatında məhkəmədən kənar qaydada uğurla həll olunaraq, Barışıq sazişi bağlanilmış və iş üzrə icraata xitam verilmişdir.
Məkəmələr tərəfindən tətbiq edilən "Məhkəmə Mediasiyası" xüsusi önəmə malikdir. Dövlətin adından qərar verən bir orqanın mediasiyaya önəm verməsi vətəndaş cəmiyyəti arasında mediasiyaya olan güvəni və etimadı artırır. Həmçinin Mediasiya proseslərini danışıqlar yolu ilə aparan mediatorların həm nüfuzunu, həm də işinə olan məsuliyyətini bir daha artırır.
Mediatorun vasitəçiliyi ilə tərəflər öz iradələri çərçivəsində mübahisələrini qarşılıqlı razılıq əsasında həll edir və uduzan tərəf olmur. Odur ki,mübahisələrinizi Bakı 8 saylı Mediasiya Təşkilatına etibar edin və qazanan siz olun. Ünvanımız: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115, Arena plaza Blok B, mərtəbə 11,otaq 1105 (Bakı 5 saylı "ASAN XİDMƏT" mərkəzinin yerləşdiyi bina).Telefon: 051-401-87-07,050-626-23-22
Azad Rzayev
Bakı 8 saylı mediasiya təşkilatının mediatoru, hüquqşünas