PKK-nın özünüləğv qərarı: Fidandan reaksiya…
16:44 DünyaPKK terror təşkilatının özünüləğv qərarı tarixi qərardır.
Olaylar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
"Bu qərardan sonra bəzi addımlar da atılmalıdır. Prosesi yaxından izləyirik. İnanıram ki, bu qərar səmimi şəkildə həyata keçirilsə, hamı üçün çox faydalı bir qərar olacaq.
Düşünürəm ki, bu, bizim gələcəyimiz və hər kəs üçün yaxşı qərar olacaq. Bu onu göstərir ki, biz bu ölkənin övladları olaraq öz sağlam düşüncəmiz və iradəmizlə bunu həll edə bilərik. Belə müsbət atmosferin üstünə başqa heç nə demək istəmirəm", - nazir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31