ATXƏM moldovalı ombudsmanla görüş təşkil edir
31 Oktyabr 2013 15:59 SiyasətAzərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi noyabrın 2-də Moldova Respublikasının Ombudsmanı xanım Aureliya Qriqoriu ilə QHT-lərin, mətbuat nümayəndələrinin və ziyalıların görüşünü təşkil edəcək. ATXƏM-dən "OLAYLAR"-a daxil olan məlumata görə,. Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumu tərəfindən dəstəklənən görüş Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.
Qeyd edək ki, bir neçə ay əvvəl Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi Moldova Ombudsmanı Aureliya Qriqoriuya məktubla müraciət edərək, Ombudsmanın Xocalı soyqırımı və Dağlıq Qarabağ problemi ilə bağlı tutduğu ədalətli mövqeyinə görə təşəkkür etmiş, xanım A.Qriqoriuya əməkdaşlıq təklif etmişdir. Moldova Ombudsmanı xanım Aureliya Qriqoriu ATXƏM-in təklifini qəbul edərək, təşkilatla hərtərəfli əməkdaşlığa hazır olduğunu bildirmişdir.