Mirzə Sakitdən AXCP və Müsavata təcili təklif

Satirik şair Mirzə Sakit "Facebook" ünvanında AXCP və Müsavatın keçirilən mitinqlərdəki bayraq məsələsinə ironik münasibət bildirib. "Təcili təklif" adlı statusunda Mirzə yazır: "Mən təklif edirəm ki, Azərbaycanda hər bir ailənin evində öz "bayrağı" olsun. Bayraqların rəmzlərində fərqi yoxdur, nə şəkli olursa olsun. Kimin zövqünə nə xoşdursa o olsun... borş, xəngəl, xaş, pivə, bozartma, dana basdırması. Nə olur olsun, təki olsun. Və həmin ailələr də mitinqə gedəndə hər öz "bayrağını" götürsün. Necə ki, Müsavat Partiyası, AXCP və digər müxalifət partiyaları mitinqlərdə "Birliyə nail olmaq üçün" öz bayraqlarını götürürlər, qoy günəşli vətənimizin stadionlarında "Ailə bayraqları" da dalğalansın. Bununla da müxalifət monolit və birliyə nail ola bilər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00