“Müsavat və AXCP Cəmil Həsənlidən sui-istifadə ediblər” - AÇIQLAMA

Elçin Mirzəbəyli: “Onlar Milli Şura adlanan avantürist layihədən çıxmaq üçün Cəmil Həsənlini “Yusif Sərrac” kimi ortaya atdılar”

"Yeni Müsavat" qəzetinin baş redaktoru, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu Müsavat Partiyası və AXCP-in birləşib super-partiya olmasını və yeni yaradılacaq quruma keçmiş prezidentliyə namizəd Cəmil Həsənlinin sədr seçilməsini təklif edib. Məsələyə münasibət bildirən BAXCP sədrinin Beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli hesab edir ki, Müsavat və AXCP-in birləşməsi məsələsini hər iki tərəf çox aqressiv qarşılayıb. Partiyaların biri-birinə qarşı aqressiv münasibəti onların birləşməsinə əngəl olur. E.Mirzəbəyli bildirdi ki, məsələnin ortaya atılmasından sonra maraqlı mənzərə yaranıb: "Əvvəlcə Cəmil Həsənlinin prezidentliyə namizəd olmasını dəstəkləyənlər, indi onun partiya sədri olmasını istəmirlər. Müsavat və AXCP rəhbərliyi Cəmil Həsənlinin seçkilərdə məğlub olacağına əvvəlcədən əmin idilər. Sadəcə olaraq onlar Milli Şura adlanan avantürist layihədən çıxmaq üçün Cəmil Həsənlini "Yusif Sərrac" kimi ortaya atdılar. Real mənzərə əslində ortalıqdadır. Son zamanlarda müxalifət daxilində baş verən gərginliklər irəliyə sürülən təklifləri sübuta yetirir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00