Eks-spikerdən birlik təklifinə reaksiya
“Onlar nə təklikdə, nə də birləşmiş şəkildə bu hakimiyyətə qalib gəlməık şansına malik deyillər”
30 Oktyabr 2013 12:29 Siyasət"Rauf Arifoğlunun Müsavat Partiyası və AXCP-nin birləşməsi təklifi bu gün üçün ən düzgün təklifdir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən eks-spiker Rəsul Quliyev bildirib ki, birləşmək müsbət dəyərləndirilə bilər: "Aydın məsələdir ki onlar nə təklikdə, nə də birləşmiş şəkildə bu hakimiyyətə qalib gəlmək şansına malik deyildir. Ancaq birləşmək pozitiv effekt verə bilər". Rəsul Quliyevin sözlərinə görə, liderlərinin imkanları ilə mütənasib olmayan ambisiyaları olmasaydı, bu partiyalar əvvəldən bir partiya adı altında yaranmalı idi: "Təəssüf ki, şəxsi maraqlar əslində Əbülfəz Elçibəyin yaratdığı qurumu parçaladı". Eks-spiker onu da deyib ki, təklifin baş tutacağına ümid demək olar ki, yox dərəcəsindədir: "Hər ikisinin birinci olmaq ehtirası bu partiyaların birləşməsinə imkan verməyəcək".