“Zəngilansız 20 il” adlı tədbir keçirilib

Oktyabrın 29-da Gənc Tamaşaçılar Teatrında Zəngilan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Zəngilansız 20 il" adlı tədbir keçirilib. Tədbirdə Qarabağ uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zəngilan rayonuna həsr olunmuş "Qayıdış" filminin təqdimatı keçirilib. Film tədbirdə nümayiş etdirilib. Daha sonra tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov nitq söyləyib. O təəssüf hissi ilə qeyd edib ki, bu gün opktyabrın 29-da artıq Zəngilan rayonunun işğalından 20 il ötür. 20 ildir ki, zəngilanlılar öz torpaqlarından ayrı düşüblər. Ramiz Həsənov zəngilanlıların tez bir zamanda öz yurd-yuvalarına qayıdacaqlarına ümidini gizlətməyib. Daha sonra icra başçısı Zəngilan rayonunun tarixi keçmişi barədə ətraflı məlumat verib. Daha sonra tədbirdə Azərbaycan Respublikasının baş nazirinin müavini, Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edib. Əli Həsənov Zəngilan rayonu haqqında məlumat verərək Azərbaycan prezidentinin zəngilanlılara və ümumilikdə məcburi köçkünlərə olan dövlət qayğısından danışıb. Komitə sədri daha sonra Dağlıq Qarabağ münaqişəsində beynəlxalq təşkilatların rolunu da dəyərləndirib. O qeyd edib ki, 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçiliklərinin heç bir nəticə vermədiyini diqqətə çatdırıb. Əli Həsənov vurğulayıb ki, Azərbaycan öz güclü ordusu ilə təkbaşına torpaqlarını azad etməyə hər zaman hazırdır.

Daha sonra tədbir bədii kompozisiyalarla davam etdirilib. ("OLAYLAR" İA).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00