“Onların məqsədi qarışıqlıq yaratmaqdır” - Səyavuş Novruzov

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklik təklif edib

"Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişiklik edilməlidir". Bunu deyən millət vəkili Səyavuş Novruzovun sözlərinə görə, artıq şəhərin müxtəlif yerlərində kütləvi tədbirlərin keçirilməsi üçün yerlər müəyyən edilib və bundan hər bir vətəndaş, siyasi partiya istifadə edə bilər: "Amma görünür ki, ora toplaşıb insanları təhqir eləmək, qanunları pozmaq istəyi daha güclüdür. Bu məsələ həll edilməlidir. Görünən budur ki, onların məqsədi heç də sərbəst toplaşmaq azadlığından istifadə etmək deyil, qarışıqlıq yaratmaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00