Millət vəkilindən təklif
29 Oktyabr 2013 16:15 SiyasətNargin adasında güllələnən insanlara xatirə löhvəsi qoyulsun. Belə bir təkliflə millət vəkili Gövhər Baxşəliyeva çıxış edib. Millət vəkili bildirib ki, birinci dünya müharibəsi zamanı Çar Rusiyasının ordusu Şərqi Anadoluya daxil olmuşdu: "Ordu Şərqi Anadolunu tərk etdiyi zaman 10 minlərlə insanı özü ilə gətirmişdi. Onların çoxu Nargin adasında saxlanıldı. Sonradan çoxları açından, xəstəlikdən, dözümsüzlükdən vəfat etdi. Az hissəsi isə sağ qala bilib və sonradan vətənlərinə qayıdıb. Stalin-Beriya repressiyası zamanı da Nargin adasında günahsız insanlar qətlə yetirilib. Hesab edirəm ki, bu adada bir xatirə löhvəsi qurulmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00