Səməd Seyidov: “Ölkəmizə qarşı təzyiqlər artmaqdadır”
29 Oktyabr 2013 15:38 Siyasət"Azərbaycan nə qədər güclənirsə, ölkəmizə qarşı təzyiq bir o qədər artmaqdadır. Bu təzyiqin mənbəyi erməni lobbisidir". Bunu deyən millət vəkili Səməd Seyidovun sözlərinə görə, erməni lobbisi özlərinin mövqelərini Avropa təşkilatlarının mövqeyi kimi təqdim etməyə çalışır:
"Azərbaycanın xarici siyasəti bu gün həm Avropada, həm dünyada özünə yer qazanıb və nəticələri göz qabağındadır. Əminəm ki, Azərbaycana qarşı yönəldilən bu təzyiqlər bir müddətdən sonra inkar ediləcək. Azərbaycan Avropaya Avropa dəyərləri üçün gedib. Ona görə bu istiqamətdə aparılan iş Azərbaycan xalqı tərəfindən dəstəklənir. Xalqa qarşı isə heç bir təşkilat çıxa bilməz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00