Zeynəb Xanlarovadan deputatlara etiraz:

"Qarabağdan danışın!"

Millət vəkili Zeynəb Xanlarova həmkarlarını Qarabağ məsələsindən danışmamaqda qınayıb. Z.Xanlarova bildirib ki, Milli Məclisin iclaslarında bəzi deputatlar hər şeydən danışırlar, amma Qarabağ məsələsi yadlarına düşmür. O, xüsusilə Qarabağdan olan millət vəkillərini qınayıb: "Milli Məclisdə Qarabağdan olan deputatlar da təmsil olunur. Ancaq bu haqda danışanlar daha çox Qarabağdan olmayan deputatlardır, qarabağlı deputatlar isə iclaslarda susmağa üstünlük verirlər. Axı onların da yetim-yesirləri var. Qarabağdan danışın, başqa ölkələrdə kimin kimə qulaq asması və baş verən hadisələr nəyə lazımdır. İstərdim ki, hər dəfə Qarabağdan danışaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00