“Artıq Milli Şura barədə danışmağın mənası yoxdur” - FİKİR

Fəzail Ağamalı: “Qurumun sədri Cəmil Həsənli olsa belə mövcud vəziyyət dəyişməz qalacaq”

Keçmiş prezidentliyə namizəd Cəmil Həsənli mətbuata açıqlamasında bildirib ki, Milli Şura fəaliyyətini genişləndirməklə yanaşı, mitinqlərə də davam edəcək. Məsələ barədə "OLAYLAR"a açıqlama verən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı hesab edir ki, artıq Milli Şura barədə danışmağın heç bir mənası yoxdur. Çünki bu qurumun fatihəsi çoxdan oxunub. Ona görə də təkrar-təkrar Milli Şuranın fəaliyyəti barədə şərh vermək düzgün deyil. Fəzail Ağamalı bildirdi ki, Milli Şuranın olmayan sosial bazası ilə gələcək fəaliyyətinə və mitinqlərə davam edəcəyi sual altındadır. Millət vəkili hesab edir ki, müsbət nəticə əldə etməsi üçün qurumun ətrafında kifayət qədər narazı elekoratı, təbliğat işlərilə məşğul olacaq funksionerləri yoxdur: "Milli Şuraya daxil olan müxtəlif siyasi qurum təmsilçiləri artıq qurumu tərk etməyə başlayıblar. Belə vəziyyətdə Milli Şuranın öz fəaliyyətini genişləndirməsini proqnozlaşdırmaq məntiqsizlikdir. Qurumun sədri Cəmil Həsənli olsa belə mövcud vəziyyət dəyişməz qalacaq. Onun Milli Şuraya hər hansı bir yenilik gətirməsi də inandırıcı deyil. Qurum rəsmilərinin açıqlamaları və Milli Şuranın gələcək planları barədə açıqlamaları dekorativ bəyanatlardan başqa heç nə deyil. İstər yaxın, istərsə də uzaq gələcəkdə müxalifət ortaya heç bir real nəticə qoya bilməyəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00