ABŞ-nin prioriteti təkcə dəniz yolu təhlükəsizliyi deyil, həm də İsrailin təhlükəsizliyidir- ÖZƏL

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Parnell bildirib ki, husilər hücumları dayandırarsa, ABŞ  da hərbi əməliyyatları bitirməyə hazırdır.

"Husilər nə vaxt dayanacağını özləri müəyyən etməlidir. Biz dəniz yollarının açıq qalmasını və bölgədə təhlükəsiz manevr imkanlarımızın olmasını təmin edənə qədər əməliyyatlar davam edəcək," - deyə Parnell vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın əmri ilə 15 martdan husilərə qarşı genişmiqyaslı əməliyyatlar aparılır.

Politoloq Turab Rzayev Olaylar.az-a açıqlamasında qeyd edib ki, ABŞ-nin  prioriteti təkcə dəniz yolu təhlükəsizliyi deyil, həm də İsrailin təhlükəsizliyidir:

"Əslində ABŞ administrasiyasının başından planı bundan ibarətdir ki, dünyada münaqişə ocaqları son tapmalıdır.  Donald Tramp həmişə deyirdi ki, ümumiyyətlə onun hakimiyyəti dövründə müharibə olmayıb, hakimiyyətdə olsaydı, Ukraynada  müharibə olmazdı. Yəqin ki, o bu münaqişəni dayandıracaq.  Ona görə də, İsrail ilə  münaqişəni dayandırmağa çalışdı, Həmasın zəiflədilməsinə kömək elədi. Ukrayna ilə bağlı Rusiya ilə ciddi danışıqlar aparır və Qarabağ münaqişəsi ilə bağlı aktivlik var. Ən son şəxsi nümayəndəsini Bakıya göndərmişdi. Bu proseslərdə Somalidə və Yəməndə dəniz quldurları hadisəsi baş verməsi, dəniz yollarının təhlükəyə düşməsi, ticarət yollarını və donanmanın təhlükəyə düşməsi onları narahat edir. Eyni zamanda, digər tərəfdən  İsrail məsələsi var. Yəni təkcə dəniz yolu təhlükəsizliyi   deyil, ABŞ-nin  prioteti həm də  İsrailin   təhlükəsizliyidir.  Məhz ona görə  Qəzzadan tamamilə fələstinlilərin  köçürülməsi və yeni bir şəhər dövlət yaradılması planı ortaya qoyulub. Dəniz yollarını ABŞ nəzarətə götürmək istəyir ki, artıq təhlükəsizlik əsas qarant kimi çıxış eləsin. Eyni zamanda nəzərə alsaq  Çin, Fransa və başqa dövlətlər də "Afrika burnu" deyilən yerdə güclənməyə çalışırlar. Həmçinin Çin Somali, Efiopiya da güclənməyə çalışır.  ABŞ hətta buna görə ,  Somalini də dövlət kimi tanımaq və orada da möhkəmlənməyə çalışır ki, burada da Çinin möhkəmlənməsinin qarşısını alsın. Düşünürəm ki, bütün bunlara kompleks şəkildə baxılmalıdır. . Böyük ehtimal elə gəmilərin təhlükəsizliyi təmin olunarsa, ortaq məxrəcə gəlinərsə, İsrailin təhlükəsizliyi ilə  ABŞ mühüm əməliyyatları dayandıra bilər. Daha çox bu iki məsələ üzərində fikir yeritdiklərini düşünürəm".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31