Ermənistan MN Gümrüdə hərbçilərin seçkiyə cəlb olunmasını təkzib edib – ÖZƏL

Ermənistan Müdafiə Nazirliyi Gümrüdə hərbçilərin seçki prosesinə cəlb olunması ilə bağlı yayılan məlumatları təkzib edib.

Bundan əvvəl "Graparak" qəzeti yazmışdı ki, Hərbi Polis rəisi Aşot Zakaryan yüksək rütbəli zabitlərlə görüş keçirib və onları hərbçilərin seçkilərdə iqtidarın namizədi Sarik Minasyana səs verməsi üçün "təlimatlandırıb".

Müdafiə Nazirliyi bu iddialara cavab olaraq bildirib ki, nazirlik rəsmiləri öz səlahiyyətləri çərçivəsində müxtəlif bölmələrdə və qarnizonlarda komanda heyəti ilə görüşlər keçirirlər. Lakin bu müzakirələr siyasi xarakter daşımır və yalnız ordu gündəliyinə uyğundur.

Qeyd edək ki, Ermənistanda əhəmiyyətinə görə ikinci böyük şəhər olan Gümrüdə seçkilər 30 martda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31