Ermənistana giriş-çıxış bağlanır - Hazırlıq başladı? - VİDEO
18 Mart 2025 11:15 SiyasətErmənistan Hava Yolları aprelin 7-dən etibarən uçuşlarını müvəqqəti olaraq dayandıracağını açıqlayıb.
Olaylar.az xəbər verir ki, şirkət bu barədə rəsmi "Facebook" səhifəsində paylaşım edib. Qərarın səbəbi kimi təyyarə meydançasının yenilənməsi göstərilib.
Hava yolu şirkəti aprelin 6-dan sonrakı tarixlərə bilet almış və ya bron etmiş sərnişinlərə şirkətlə əlaqə saxlamağı tövsiyə edib.
Xatırladaq ki, son günlər Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlaşdığına dair məlumatlar yayılıb. Ermənistan hökuməti 1 aprel - 13 iyun tarixləri arasında ehtiyatda olan hərbçilərin toplanışının keçiriləcəyini elan edib. Bu qərar, apreldə eskalasiya ehtimalını artıran amillərdən biri kimi qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31