Valentina Matviyenko Sahibə Qafarovaya Rusiya Federasiyasının "Dostluq" ordenini təqdim edib
19:20 SiyasətMilli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Bu barədə Parlamentdən məlumat verilib.
Görüşün sonunda Valentina Matviyenko Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiya Federasiyasının "Dostluq" ordenini təqdim edib.
Xatırladaq ki, martın 10-da Rusiya prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı "Dostluq" ordeni ilə təltif edib.
V.Putinin sərəncamına əsasən, S.Qafarova Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31