Türkiyə ilə əməkdaşlıq Ermənistanın xarici siyasətinin prioritetidir- Turan Rzayev- ÖZƏL
18:34 SiyasətErmənistanın baş naziri Nikol Paşinyan İrəvanda Türkiyə jurnalistlərinə açıqlamasında "erməni soyqırımı"nın beynəlxalq tanınmasının artıq Ermənistanın xarici siyasətinin prioriteti olmadığını bildirib. O, 1915-ci il hadisələrinin "soyqırım" kimi tanınmasının ölkəsinə sülh və rifah gətirmədiyini vurğulayıb. Bu açıqlama erməni diasporası və Cənubi Qafqaz regionunda siyasi rezonans doğurub.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki, Türkiyə ilə əməkdaşlıq Ermənistanın xarici siyasətinin prioritetidir:
"Nikol Paşinyan Türkiyə- Ermənistan sərhəddinin açılmasında qərarlıdır və bu istiqamətdə də addımlar atır. Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması hazırda Ermənistanın xarici siyasəti üçün prioritet məsələlərdəndir. Bu prosesin uğurla yekunlaşması üçün Türkiyə ilə münasibətlərdə nifrət, soyqırım kimi ritorikalardan uzaqlaşmaq, əvəzinə əməkdaşlıq kimi ifadələrə yer vermək daha məqsədə uyğundur. Erməni soyqırımı məsələsinə gəldikdə isə bu məsələnin araşdırılması üçün böyük bir komissiyaya ehtiyac var. Ermənistan illərlə "erməni soyqırımı" adı altında bir kampaniya aparıb və bu hadisənin Türkiyə ilə birlikdə obyektiv araşdırmasına heç vaxt razı olmayıb. Türkiyə dəfələrlə qeyd edib ki, tarixi sənədlərə , arxivlərə baxılsın və tarixçilər araşdırsın. Əgər həqiqətən belə bir hadisə varsa, biz üzr istəməyə hazırıq. Əgər yoxdursa, bunun kampaniyasını aparmaq doğru bir şey deyil. Həmin hadisəni tarixi aspektdən dəyərləndirsək, "Erməni soyqırımı" deyə bir ifadənin işlədilməsi doğru deyil. Bu hadisə Osmanlı dövründə olub və Türkiyə də Osmanlının bütün keçmiş borclarından və mirasından imtina etdiyini əvvəllər də qeyd edib. Buna görə Osmanlı dövründə olan hadisənin Türkiyə üzərinə atılması doğru deyil. Həmin dövrdə Osmanlının şərq sərhədlərində- erməni və osmanlıların daha çox yaşadığı ərazilərdə yerli ağalar, bəylər üzərindən "həmidiyə" alayları deyilən bir sistem formalaşıb. Bu kürdlərlə ermənilər arasında yaranan bir prosesdir. Vaxtilə ermənilər kürdləri qırıb, sonrada kürdlər erməniləri Suriya ərazilərinə köçürəndə qırıb. Türkiyə açıq şəkildə tarixə, sənədlərə, xəritələrə baxılıb ortaq məxrəcə gəlməyi söyləyir. İndiki məqamda bu ritorikadan uzaqlaşmaq münasibətlərin normallaşması baxımından uğurlu nəticə verə bilər".
Zeynəb Mustafazadə