Ənənəvi beynəlxalq birliklər formal fəaliyyət göstərirlər- ÖZƏL
17 Mart 2025 13:24 Siyasət"İndi dünya qlobal transformasiyanın ilkin mərhələsindədir. Ənənəvi beynəlxalq ittifaqlar, birliklər dağılmaq üzrədir, ya da formal fəaliyyət göstərirlər. Dövlətlər öz yolunu müəyyənləşdirmək üçün yeni əməkdaşlıq formatları müəyyənləşdirməlidirlər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq ikitərəfli və regional əməkdaşılığa üstünlük verir. Eyni zamanda biz həm türk dilli dövlətlərlə, həm də müsəlman dövlətləri ilə müxtəlif təşkilatlar daxilində əməkdaşlıq edirik. Biz heç bir dövlətin himayəsinə sığınmamışıq, bütün məsələlərdə öz gücümüzə arxalanmışıq. Dünyanın aparıcı dövlətlərinin himayəsinə sığınıb, dəstəyinə arxalanıb hərəkət edən dövlətlərin çöküşünü izləməkdəyik. Çünki günlərin birində bu dəstək dayana bilər və sən öz ayaqların üzərində dayana bilməyəcəksən. Bu reallıqdır. Ölkə başçısı "Euronews"a müsahibəsində bu məsələlərə toxundu və çox aydın şəkildə vəziyyəti şərh etdi. Qlobal geosiyasi dəyişikliyin mənbəyinin ABŞ olduğunu deyən Prezident əlavə etdi ki, Ağ Evdə qəbul edilən qərarlar qlobal düzənə ciddi şəkildə təsit edir: "Bu qərarlar Avropa Birliyinə, Rusiya-Ukrayna müharibəsinə, Yaxın Şərqdə baş verənlərə birbaşa təsir göstərir. Bütün bunlar onu göstərir ki, dünya düzəni dayanıqlı deyil, etibarlı prinsiplər, bağlar üzərində qurulmayıb".