Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Şəhidlər xiyabanını ziyarət edib
17 Mart 2025 12:50 SiyasətÖlkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti martın 17-də Şəhidlər xiyabanını ziyarət edib.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, ziyarət zamanı ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər çiçəklər düzülüb.
Federasiya Şurasının sədri Valentina Matviyenko "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31