Ermənilərin bəzən bizə mənasız görünən fəaliyyətlərinin də öz mənası var- ÖZƏL
17 Mart 2025 12:20 Siyasət"BMT İnsan Hüquqları Şurasının 46 tematik prosedurundan biri olan "Özbaşına həbslər üzrə İşçi Qrupun" (XİN onun adını Əsassız Həbslər üzrə İşçi qrup adlandırır) Vardanyanla bağlı rəyi ilə bağlı hamı indi şərhlər verməkdədir. Əminliklə deyirəm ki, şərh verənlərin tam əksəriyyəti nə rəylə tanış deyil, nə də bu işçi qrupun mandatı ilə". "Olaylar" xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib: "Özbaşına həbs dedikdə hakimiyyət orqanının legitim qurumlarının sanksiyası olmadan tutulan şəxslərdən söhbət gedir. Əgər istənilən hakimiyyətin, istintaq, məhkəmə orqanının qərarı əsasında bir şəxs (şəxslər) saxlanılbsa bu hal İşçi Qrupun mandatına daxil olmayan məsələdir. Yəni istintaq düz aparılacaq, məhkəmə ədalətli olacaq və s. onların mandatına adi deyil. Beləliklə biz İQ-yə təşəkkür etsək də etməsək də onlar başqa rəy verə bilməzdi. Çünki Vardanyana Azərbaycan dövlətinin legitim orqanı tərəfindən ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində qətimkan tədbiri seçilib. Hazırda məhkəmə gedir.
Bəs ermənilər İQ-nin başqa qərar qəbul etməyəcəyini bilmirdi? Bilirdi. Bəs niyə şikayət verildi? Həə, bunun üçün gərək rəyi tam oxuyasız. Rəydə Ermənistanın şikayətində əks olunan və İQ mandatına o qədər də aidiyyatı olmayan məlumatlara istinadlar var. Rəy qəbul olundu və verildi arxivə. Gələcəkdə bu materal olacaq mənbə. Ona görə də ermənilərin bəzən bizə mənasız görünən fəaliyyətlərinin də öz mənası var".