Erməni xisləti yenə görünməkdədir- ÖZƏL

"Bu gün Ermənistanın istədiyi sülh müqaviləsi isə monopoliyadan başqa bir şey deyil". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini Rafiq Daşdəmirli deyib: "Sülh müqaviləsinin imzalanması, yeni müharibədən keçir. Sevinməyə dəymir, ermənilər yeni müharibə istəyir. Erməniləri sülhə gətirmək üçün müharibəyə hazır olmaq lazımdır. Erməni xisləti yenə görünməkdədir. Ermənidən heç vaxt bizə dost olmaz və olmayacaq".
Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri birgə bəyanat yayaraq "Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bəyan ediblər. Ermənistan Xarici İşlər Nazirliyi sülh sazişi imzalanmağa hazır olduqlarını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31