Azərbaycan həmişəki kimi yenə də sülhə hazırdır- ÖZƏL

""Euronews" televiziyasına müsahibəsində cənab Prezidentimiz İlham Əliyev yaşadığımız Cənubi Qafqaz regionunun bu günu və gələcəyi ilə bağlı üç məsələnin həllinin vacibliyini vurğuladı: Cənubi Qafqaz regionunu ətrafda baş verən böhranlardan qorumaq, qarşıdurmalara və düşmənçiliyə son qoymaq; hərbi qarşıdurmanı istisna edəcək hərtərəfli təhlükəsizlik mexanizmlərini yaratmaq; qonşuluq şəraitində yaşamaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: " Müsahibədə həmin məsələlər aşağıdakı kimi ifadə edildi: "Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq". Bu fikirləri ilə təkcə millətimizin deyil, regionumuzda yaşayan digər xalqların da gələcək həyatının formulunu, inkişafının yolunu müəyyənləşdirən ölkə rəhbərimiz zəmanəmizin böyük dövlət xadimi olduğunu bir daha göstərdi. İndi qarşılıqlı addımlar gərəkdir. Regionun digər ölkələrinin dövlət və hökumət rəhbərləri ümumi maraqlara cavab verən bu yolda necə davranacaqlar? Müharibələrin və qarşıdurmaların olmadığını nəzərdə tutan əhatəli təhlükəsizlik mexanizmi necə qurulucaqdır? Digər xalqların rəhbərləri qonşuluq şəraitində yaşamaq üçün cavab addımları atacaqlarmı? Bunu zaman göstərəcək. Amma bir şey aydındır ki, Azərbaycan həmişəki kimi yenə də sülhə, mehriban qonşuluğa, əməkdaşlığa hazırdır və bundan ötrü özündən asılı olan hər şeyi edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31