Azay Quliyev ATƏT PA-nın tədbirində iştirak edəcək
29 Oktyabr 2013 12:07 SiyasətMilli Məclisin deputatı, ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev oktyabrın 30-dan noyabrın 1-dək Avstriyanın paytaxtı Vyanada səfərdə olacaq. Bu barədə MM-dən "Olaylar"a verilən məlumata görə, səfərdə məqsəd ATƏT PA-nın prezidenti Ranko Krivokapicin şəxsi dəvəti ilə ATƏT-in Daimi Şurasının sessiyasında iştirak etməkdir. Sessiyada quruma üzv ölkələr arasında strateji əməkdaşlıq üzrə gələn ilin prioritet istiqamətləri və bir sıra digər vacib məsələlər müzakirə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00