XII Qlobal Bakı Forumu çərçivəsində "Gender - Təhlükəsizlik - İqlim: qarşılıqlı əlaqə" mövzusunda panel müzakirəsi start götürüb
12:42 SiyasətXII Bakı Qlobal Forumu çərçivəsində Bakıda "Gender - təhlükəsizlik - iqlim: qarşılıqlı əlaqə" mövzusunda panel müzakirəsi start götürüb.
Olaylar.az xəbər verir ki, müzakirələrdə BMT Assosiasiyasının prezidenti (Macırstanda) , "Women4Diplomacy" təşkilatının təsisçisi, UNESCO-nun 36-cı Baş Konfransının keçmiş prezidenti Katalin Boqyay, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviyanın prezidenti olmuş Vayra Vike-Freyberq, 2015-2016-cı illərdə Avropa İttifaqında Liviyanın səfiri, şahzadə Talal bin Əbdüləziz Əl Səudun baş müşaviri olmuş Fəridə Allahqi, 2009-2011-ci illərdə Yunanıstanın baş naziri olmuş Georqios Papandreu, Misirin Milli İnsan Haqları Şurasının prezidenti, 2009-2011-ci illərdə Misirin ailə və əhali məsələləri üzrə naziri Muşira Xəttab iştirak edirlər.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.