Azərbaycan və Ermənistan arasında sülhün yolu praktiki addımlardan keçir- İlyas Hüseynov - ÖZƏL
20:09 SiyasətPrezident İlham Əliyev Forumda Azərbaycan və Ermənistan arasında sülh üçün Ermənistan sərhəd boyu demilitarizasiya zonası yaratmalı, hərbi mövcudluğunu azaltmalı, Konstitusiyasını dəyişərək ərazi iddialarına son qoymalı olduğunu vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Zəngəzur dəhlizinin açılması vacibdir, çünki bu, regional iqtisadi və geosiyasi maraqlara uyğundur. Eyni zamanda, Ermənistan cəmiyyəti sülhə hazırlanmalı, düşmənçilik ritorikası dayandırılmalı və yeni əməkdaşlıq mühiti formalaşdırılmalıdır. Bu addımlar bölgədə uzunmüddətli sabitlik və təhlükəsizliyi təmin edəcək.
Politoloq İlyas Hüseynov qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülhün yolu praktiki addımlardan keçir:
"Azərbaycan və Ermənistan arasında sülhün mümkünlüyü və aktuallığı özünü göstərir. Eyni zamanda Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu Ermənistan konstitusiyasının dəyişdirilməsi və Azərbaycana qarşı hüquqi zəmində müxtəlif iddiaların aradan qaldırılması,Ermənistan cəmiyyətinin sülhə hazır olması ilə bağlı olan fikirləri əhatə edir. Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında sülhün imzalanması regionun rifahına, çiçəklənməsinə, iqtisadiyyatın inkişafına səbəb olacaqdır. Əsas məsələ Ermənistanın bəyanatlar səviyyəsindən çıxaraq, əməli praktik addımlar ataraq yönəlməsi ilə bağlıdır. Ermənistanın son dövrlər silahlanması, hərbi xərclərin artırılması ilə bağlı yanaşmaları sülhə təhdid yaradır. Bunun üçün regionda uzunmüddətli münaqişəyə son qoyulmalı, Ermənistan cəmiyyətinin dünya erməniliyinin də sülhə hazırlığı ilə bağlı Ermənistanda böyük işlər həyata keçirilməlidir. Nifrət aradan qaldırılmalı, əməkdaşlığa yönəlmiş münasibətlər yaradılmalıdır. Beynəlxalq meydanlarda dövlətlərin bir-birinə qarşı şikayətləri və iddiaları aradan götürülməli və yer almamalıdır".
Zeynəb Mustafazadə