Orta gücə malik dövlətlər beynəlxalq idarəçiliyi dəyişə bilər - Benita Ferrero-Valdner

Orta gücə malik dövlətlər beynəlxalq idarəetməyə əhəmiyyətli dərəcədə təsir göstərə, həmçinin qlobal koalisiyaların yaradılmasında mühüm rol oynaya bilər.

Olaylar.az xəbər verir ki, bunu Avstriyanın 2000-2004-cü illərdə Xarici İşlər naziri, 2004-2009-cu illərdə Avropa İttifaqının Xarici Əlaqələr və Qonşuluq Siyasəti üzrə komissarı, 2009-2010-cu illərdə isə Aİ Ticarət və Qonşuluq Siyasəti üzrə komissarı olmuş Benita Ferrero-Valdner XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Yeni dünya nizamında orta güclər" mövzusunda panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, orta gücə malik dövlətlər mühüm regional təsirə və strateji müstəqilliyə sahibdirlər ki, bu da onların aparıcı dünya gücləri ilə çoxtərəfli əlaqələr qurmasına şərait yaradır, eyni zamanda həmin güclərin təzyiqinə tabe olmadan müstəqilliklərini qorumalarına imkan verir. Bu beynəlxalq danışıqlara təsir etmək və qlobal idarəetmə strukturlarına töhfə vermək üçün imkanlar yaradır.

"Orta gücə malik dölətlər beynəlxalq idarəetməni dəyişdirə, qlobal idarəetməyə inamın bərpasına əhəmiyyətli töhfə verə bilərlər ki, bu da siyasi böhrn və çoxqütblü dünya şəraitində xüsusilə vacibdir",- deyə o qeyd edib.

Ferrero-Valdner vurğulayıb ki, belə ölkələr inkişaf etməkdə olan dövlətlər və BRİKS, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) kimi alternativ institutlarla koalisiyalar yarada bilər ki, bu da iqtisadi və təhlükəsizlik əməkdaşlığı üçün yeni imkanlar açır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31