Rusiyadakı miqrant xaosunun pərdəarxası məqamları
Zahid Məmmədov: “Məvacibi azaltmaq və bunun qarşılığında iş saatını artırmaq üçün rus şirkətləti bu cür gedişlərə əl atıblar”
28 Oktyabr 2013 16:32 SiyasətSabit Bağırov: "Miqrantların Rusiyadan çıxarılması mümkün deyil"
"Miqrantların Rusiyadan çıxarılacağı inandırıcı deyil. Çox güman ki, Rusiya daxilində yaranmış gərgin vəziyyətlə əlaqədar miqrantların müəyyən qismi özü çıxacaq. Rus iqtisadçıları da təsdiq edirlər ki, bunun Rusiya iqtisadiyyatına mənfi təsirləri olacaq" - iqtisadçı-ekspert Sabit Bağırov miqrantların Rusiyadan çıxarılması məsələsinə münasibət bildirərkən belə deyib. S.Bağırov hesab edir ki, Moskva və miqrantların daha sıx olduğu digər bölgələrdə miqrant xaosu özünü ən pis şəkildə göstərəcək. Lakin bunun köklü şəkildə Rusiya iqtisadiyyatını böhran içərisinə soxması mümkün deyil. Ekspert bildirdi ki, bunun iqtisadiyyata hansı şəkildə zərər vuracağını əvvəlcədən proqnozlaşdırmaq mümkünsüzdür: "Miqrantların daha çox çalışdığı iqtisadi sahələrin böhran içərisinə girməsi ilk vaxtlarda bəlli olacaq. Yeni işçilərin tapılmasına qədər Rusiya iqtisadiyyatı müəyyən itkilərlə üzləşəcək. Rusiyada sosial və tikinti obyektləri miqrantların ən çox çalışdığı sahələrdir".
İqtisad elmləri doktoru Zahid Məmmədov isə hesab edir ki, miqrantların Rusiyadan çıxarılması məsələsinin arxasında tamam başqa məqsədlər yatır və bunun həyata keçirilməsi mümkün deyil. Z.Məmmədov bildirdi ki, xarici vətəndaşların həqiqətən miqrantların çıxarılması baş tutsa, bu müəyyən qisim işadamlarının biznesinə mənfi təsir göstərə bilər: "Əslində miqrantlar ətrafında yaranmış vəziyyət göründüyü kimi deyil. Xarici ölkələrdən olan miqrantlar rus şirkətləri tərəfindən ucuz işçi qüvvəsi kimi dəyərləndirilirlər. Rusiyada bir çox özəl şirkətlər miqrantları az məvacib qarşılığında 16-20 saat işləməyə məcbur edirlər. Məvacibi azaltmaq və bunun qarşılığında iş saatını artırmaq üçün rus şirkətləri bu cür gedişlərə əl atıblar. Yəni ki, hal-hazırda Rusiyada miqrant problemi göründüyü kimi deyil. Buna görə də miqrantların Rusiyadan çıxarılması məsələsindən tamamilə planlı şəkildə istifadə edilir. Bununla bağlı Rusiyada heç bir problem yoxdur. ("OLAYLAR" İA)